“Real Madrid”in hücumçusu Kilian Mbappe komanda ilə məşqlərə qayıdıb və Çempionlar Liqasının 1/4 finalının “Bavariya”ya qarşı cavab oyununda iştirak etməyə hazırdır.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Fabritsio Romano sosial media səhifəsində yazıb.
Daha əvvəl bildirilmişdi ki, Kilian Mbappe La Liqanın 31-ci turunda “Jirona” ilə 1:1 hesablı heç-heçədə qaşındakı kəsikdən aldığı narahatlıq səbəbindən məşqə qatılmayıb.
Hadisə 88-ci dəqiqədə baş verib. Mbappe cərimə meydançasının kənarına doğru hərəkət edərkən müdafiəçi Reyslə toqquşub və yıxılıb. Reys ayaqlarına dəyməklə yanaşı, əli ilə Mbappenin üzünə də vurub.
