PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri 20 yaş 31 günlüyündə Çempionlar Liqasında 40 oyuna çıxan ən gənc oyunçu olub.
İdman.Biz bildirir ki, Zair-Emeri 9 apreldə “Liverpul” üzərində 2:0 hesablı dörddəbir final qələbəsində rekord qırıb.
PSJ-nin yarımmüdafiəçisi bu göstərici ilə 21 yaş 275 günlüyündə Çempionlar Liqasında 40 oyun keçirmiş keçmiş “Real Madrid”in qapıçısı İker Kasilyası geridə qoyub. Zair-Emeri həmçinin 21 yaş 164 günlüyündə olan hazırkı “Real Madrid” yarımmüdafiəçisi Cud Bellingemi də geridə qoyub.
Zair-Emeri cari turnirdə 13 oyun keçirib və bir məhsuldar ötürmə edib.
