“Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deyki transfer etmək istəyən “Qalatasaray” bu istiqamətdə işini davam etdirir.
İdman.Biz xəbər verir ki, "qırmızılar"ın kapitanının müqaviləsinin müddəti bir ildən sonra başa çatacaq. Buna baxmayaraq, Türkiyə nəhəngi ulduz futbolçunu elə bu yay heyətinə qatmaq niyyətindədir.
İstanbul təmsilçisi yaxın həftələrdə müdafiəçi üçün rəsmi təklif göndərəcək. Lakin "Liverpul" rəhbərliyi müdafiə xəttinin lideri ilə yollarını ayırmağı demək olar ki, istisna edir.
View this post on Instagram
