Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda Kriştianu Ronaldu üçün xüsusi an yaşanıb.
İdman.Biz xəbər verir ki, komandanın baş məşqçisi Anje Postekoqlu məşq zamanı portuqaliyalı hücumçunu Corcinya Rodrigeslə evlənməsi münasibətilə təbrik edib. Bundan sonra futbolçular və klub əməkdaşları Ronaldunu alqışlayıblar.
41 yaşlı futbolçu toy mərasimindən sonra yenidən klubun düşərgəsinə qayıdıb. Ronaldu və Corcinya Rodriges avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində qapalı mülki mərasimlə nikahlarını rəsmiləşdiriblər. Mərasim ailə çevrəsində keçirilib.
Ronaldu təbrik zamanı gülümsəyərək komanda yoldaşlarının alqışlarını qəbul edib.
Ronaldu ilə Corcinya Rodrigesin münasibəti təxminən 10 ildir davam edir. Cütlük ötən ilin avqustunda nişanlandığını açıqlayıb.
