“Sabahın Ulduzları” Bakı Kubokunda U-15-lərin IV turuna start verilib - FOTO

14 Avqust 2026 12:19
160
“Sabahın Ulduzları” Bakı Kubokunda U-15-lərin IV turuna start verilib

“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda IV turun ilk oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, avqustun 13-də baş tutan 3 qarşılaşmada ümumilikdə 14 qol vurulub.

“Ulduz” səfərdə “Qəbələ”ni 6:0 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Asif Allahverdizadə, Müşfiq Zamanov, Yusif Əlizadə (2), Yusif Kərimli və Rəsul Qurbanlı fərqləniblər.

“Neftçi” isə EFA-nı 2:1 hesabı ilə üstələyib. Paytaxt təmsilçisinin qollarını Sultan Orucov və Əkbər Nağıyev vurublar. EFA-nın yeganə qoluna Hüseyn Novruzlu imza atıb.

Günün digər matçında “Zirə” “Sumqayıt”a qalib gəlib - 3:2. “Zirə”nin qollarını Əli Hüseynov (2) və Məhəmməd Hüseynli, “Sumqayıt”ın qollarını isə Elcan Quliyev və Abdulla Tahirli vurublar.

IV turun qalan 3 oyunu isə 14 avqustda “Marafon” - “Dinamo”, “Sabah” - “Zəngəzur” və “Rekord” - “Qarabağ” qarşılaşmaları ilə keçiriləcək.

İdman.Biz