“Qalatasaray” Türkiyə Super Liqasında mövsümün açılışını edəcək

14 Avqust 2026 12:35
112
“Qalatasaray” Türkiyə Super Liqasında mövsümün açılışını edəcək

Futbol üzrə Türkiyə Super Liqasında 2026/2027 mövsümünə bu gün start veriləcək.

İdman.Biz xəbər verir ki, yeni mövsümün ilk qarşılaşmasında “Qalatasaray” doğma meydanda liqanın debütantı “Çorum”la üz-üzə gələcək. İstanbulda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Sabah isə “Trabzonspor” səfərdə “Kasımpaşa”nın qonağı olacaq, “Fənərbağça” isə “Gənclərbirliyi” ilə qarşılaşacaq.

İdman.Biz