Alvares komanda yoldaşları qarşısında səhvini etiraf edib

14 Avqust 2026 10:32
9
Alvares komanda yoldaşları qarşısında səhvini etiraf edib

İspaniyanın “Atletiko Madrid” klubunun argentinalı hücumçusu Xulian Alvares komanda yoldaşları qarşısında səhvini etiraf edib.

İdman.Biz xəbər verir ki, Madrid mətbuatının məlumatına görə, futbolçu son dövrdə gələcəyi ilə bağlı yaranmış vəziyyəti düzgün idarə etmədiyini qəbullanıb.

Alvares komanda yoldaşlarına bildirib ki, “Atletiko Madrid”də qaldığı müddətdə kluba bağlılığı və münasibəti tam olacaq. Argentinalı hücumçu diqqətini yalnız komandanın qarşısına qoyduğu hədəflərə yönəldəcəyinə əminlik verib.

Daha əvvəl Alvaresin gələcəyi ilə bağlı müxtəlif transfer iddiaları yayılıb.

İdman.Biz
Məqalədə: