Nəriman Axundzadə Azərbaycana qayıda bilər

28 Noyabr 2026 12:28
46
Nəriman Axundzadə Azərbaycana qayıda bilər

Türkiyə Super Liqası təmilçisi “Ərzurumspor”da möhkəmlənməkdə çətinlik çəkən Nəriman Axundzadə karyerasını Azərbaycanda davam etdirə bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun qış “transfer pəncərəsi”ndə icarə əsasında “Turan Tovuz”a keçidi gündəmə gəlib.

Türkiyə təmsilçisində vəziyyəti ürəkaçan olmayan Axundzadənin mövsümün ikinci yarısında daha çox oyun şansı qazanmaq üçün komandasını dəyişmək istədiyi bildirilir.

Qeyd edək ki, Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında “Qarabağ”dan keçib və 3,5 illik müqaviləyə imza atıb.

İdman.Biz