“Çox çətin oyun olacağını bilirdik”.
Bu sözləri “Neftçi”nin futbolçusu Lyubomir Tupta deyib.
28 yaşlı hücumçu “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının 13-cü turunun oyunu barədə fikirlərini bölüşüb.
“Cari mövsümdə bu komanda ilə bir dəfə qarşılaşmışdıq və qələbə qazana bilməmişdik. Ancaq komanda şəklində çıxış etsək, kollektiv oyun nümayiş etdirsək, qalib gələcəyimizi bilirdik. Bu cür davam etməliyik. Hər oyunda eyni səviyyədə çıxış etməliyik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Slovakiyalı futbolçu tribunalardakı atmosferdən və azarkeşlərin dəstəyindən də danışıb:
“Bu gün onların dəstəyi danılmaz idi. Bizi sonadək dəstəklədilər. Müxtəlif məqamlarda bəzi komanda yoldaşlarımda yorğunluq hiss olunurdu. Lakin azarkeşlərdən gələn dəstək onlara əlavə güc verirdi. Biz bunu hər an, hər saniyə hiss etdik. Bir daha onlara təşəkkür edirəm”.
Qeyd edək ki, “Neftçi” 30 xalla turnir cədvəlinin vahid lideridir. “Ağ-qaralar” 14-cü turda “Şəfa”nın qonağı olacaq.
