“Qarabağ”dan sonra “Dinamo”nun 20 illik seriyası qırıldı

14 Avqust 2026 12:03
150
“Qarabağ”dan sonra “Dinamo”nun 20 illik seriyası qırıldı

“Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”sunu mübarizədən kənarlaşdırması Ukrayna klubunun uzunmüddətli seriyasına son qoyub.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsindən sonra “Dinamo” son 20 ildən artıq müddətdə ilk dəfə avrokuboklarda təsnifat mərhələsini keçə bilməyib. UEFA-nın məlumatına görə, ilk görüşdə Kiyev klubu 1:0 hesabı ilə qalib gəlib.

Ukrayna təmsilçisi sonuncu dəfə 2005/06 mövsümündə təsnifat mərhələsində mübarizəni dayandırıb. Həmin vaxt “Dinamo” İsveçrənin “Tun” klubuna iki oyunun nəticəsinə əsasən uduzub - 0:1, 2:2.

Bundan sonra Kiyev komandası avrokuboklarda hər dəfə ən azı pley-off mərhələsinə qədər irəliləyib. “Qarabağ”la qarşılaşma bu seriyanın sonunu gətirib.

Bundan əlavə, “Dinamo” 1992-ci ildən sonra ilk dəfə avrokuboklarda ilk oyunda qalib gəldiyi cütdə növbəti mərhələyə yüksələ bilməyib.

Qeyd edək ki, “Qarabağ” ilk oyunda 0:1 hesabı ilə məğlub olsa da, Bakıda rəqibini 2:0 hesabı ilə üstələyərək ümumi 2:1 hesabı ilə Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz