“Bavariya”nın idman direktoru Maks Eberl hücumçu Maykl Olisenin “Real Madrid”ə potensial transferi ilə bağlı xəbərlərə münasibət bildirib.
İdman.Biz-in məlumatına görə, jurnalist Kristian Falk daha əvvəl “Kral klubu”nun fransız cinah oyunçusu üçün 160-165 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi.
“Olise “Real Madrid”də? Xeyr, qətiyyən yox... Şans yoxdur. Bizim uzunmüddətli layihəmiz var və Maykl burada özünü çox rahat hiss edir”, - jurnalist Kerri Hou Eberlin sözlərini sitat gətirib.
Olise bu mövsüm bütün yarışlarda 41 oyunda meydana çıxıb, 16 qol vurub və 29 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.
