Danimarka millisinin baş məşqçisi Brayan Rimer yarımmüdafiəçi Kristian Eriksenin Skandinaviya yığmasının Ukrayna ilə yoldaşlıq oyununda huşunu itirməsindən sonra vəziyyəti ilə bağlı şərh verib və azarkeşlərə müraciət edib.
İdman.Biz bildirir ki, oyunçu matç zamanı huşunu itirib və bundan sonra oyun 75-ci dəqiqədə dayandırılıb.
“Hamımız üçün çətin bir gün idi, amma xoşbəxtlikdən Kristian özünü yaxşı hiss edir və ailəsinin yanına qayıdıb. İndi o və oyunçular baş verənləri anlamaq və şokdan qurtulmaq üçün bir az dincliyə ehtiyac duyurlar.
Dünən gecə vəziyyəti bu qədər parlaq şəkildə idarə edən hər kəsə - hər iki komandanın oyunçularına və heyətinə, hakimlərə, UEFA-ya, mediaya və əlbəttə ki, Odensedəki bütün tamaşaçılara bir daha dərin təşəkkürümü bildirmək istəyirəm.
Çətin bir anda hər kəs gözəl birlik nümayiş etdirdi və düşünürəm ki, bunu xatırlamalıyıq.
Son 24 saat ərzində aldığımız böyük dəstəyə görə təşəkkür edirəm. İndi hər kəsin - və xüsusən də Kristianı görən hər kəsin - onun yaxşı olduğunu bilməsi vacibdir”, - Rimer bildirib.
