Almaniya millisinin keçmiş futbolçusu Niklas Süle Almaniya futbolunun səkkizinci liqasında çıxış edən həvəskar klub “Tiefenbach”da debüt edib.
İdman.Biz xəbər verir ki, “Bayern”lə 5 dəfə Almaniya çempionu və Çempionlar Liqasının qalibi olan futbolçu yeni komandasında 90 dəqiqə meydanda olub və fərqlənməyi də bacarıb.
Süle baş zərbəsi ilə qol vurub. Lakin onun qolu “Tiefenbach”ın 2:7 hesabı ilə ağır məğlubiyyətinin qarşısını ala bilməyib.
Maraqlıdır ki, keçmiş Almaniya millisinin müdafiəçisi bu qarşılaşmada adətən oynadığı müdafiə xəttində deyil, yarımmüdafiə və hücumda çıxış edib.
30 yaşlı futbolçu zədə problemləri səbəbindən may ayında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Onun son peşəkar klubu Dortmund “Borussiya”sı olub.
Süle daha əvvəl “Bayern”də uğurlu çıxış edib. O, Münhen klubunun heyətində 5 dəfə Bundesliqa çempionu olub, həmçinin Çempionlar Liqasının qalibi adını qazanıb.
Almaniya millisində 49 oyun keçirən Süle yığmada da çıxış edib.
