“Səbail” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində Türkiyədə növbəti yoxlama görüşünü keçirəcək.
İdman.Biz xəbər verir ki, Boluda təlim-məşq toplanışında olan komanda sabah “Sakaryaspor”la qarşılaşacaq.
Elnur Abdullayevin rəhbərlik etdiyi kollektivin oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Səbail” Türkiyədəki hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçında Şimali Kipr Türk Cümhuriyyətinin TOL klubunu 1:0 hesabı ilə məğlub edib.
