Mourinyo Pepeni “Real”dakı heyətinə dəvət edib

8 İyun 2026 23:58
76
Mourinyo Pepeni “Real”dakı heyətinə dəvət edib

“Real Madrid”in keçmiş müdafiəçisi Pepe Joze Mourinyonun Madrid klubundakı məşqçilər heyətinə qoşula bilər.

İdman.Biz bildirir ki, 63 yaşlı portuqaliyalı mütəxəssis 43 yaşlı keçmiş futbolçu ilə əlaqə saxlayaraq ona Madriddə işləməyi təklif edib.

Fabritsio Romanonun sözlərinə görə, Pepe təklifi qiymətləndirir və “Real Madrid” onun namizədliyini müzakirə edir.

Pepe 2007-ci ildən 2017-ci ilə qədər “Real Madrid”də oynayıb. O, klubla 14 kubok qazanıb, o cümlədən üç La Liqa titulunu və üç Çempionlar Liqası kubokunu qazanıb.

İdman.Biz