İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib

10 Aprel 2026 20:10
238
İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib

İtaliya millisi rəsmi olaraq yeni baş məşqçi ilə müəyyənləşib.

İdman.Biz-in məlumatına görə, İtaliya U21-in məşqçisi Silvio Baldini iyun ayında keçiriləcək yoldaşlıq oyunlarında böyüklər komandasına rəhbərlik edəcək.

Yeni turnirlərə hazırlıq çərçivəsində “Azzurri” Lüksemburq və Yunanıstanla oynayacaq. Bu oyunlar müvafiq olaraq 3 və 7 iyun tarixlərində keçiriləcək.

Baldininin təyinatı milli komandanın dünya çempionatı pley-off mərhələsindəki zəif çıxışından sonra baş tutub. Həlledici matçda İtaliya Bosniya və Herseqovinaya penaltilərdə məğlub olub.

Seçmə mərhələdəki uğursuzluqdan sonra Cennaro Qattuzo milli komandanın baş məşqçisi vəzifəsindən istefa verib.

İdman.Biz