“Bayer Leverkuzen” klubu Alvaro Arbeloanı yeni baş məşqçi təyin etməkdən imtina edib.
Klubun 2025/2026 mövsümünün ikinci yarısında “Real Madrid”i çalışdıran 43 yaşlı mütəxəssisi təyin etmək imkanı olub.
İdman.Biz-in “Bild”ə istinadən məlumatına görə, Arbeloa İspaniyadan kənarda işləməyə üstünlük verir və digər İspaniya klubları ilə maraqlanmır.
“Bayer” Arbeloanın performansını, o cümlədən “Real Madrid Kastilya”nı çalışdırdığı vaxtı diqqətlə izləyirdi. Lakin Leverkuzendə “komandanı dərhal zirvəyə qaytarmaq” üçün kifayət qədər irəliləyiş əldə edib-etmədiyindən əmin deyillər.
“Bayer” 2025/2026 mövsümünün sonunda Bundesliqanın turnir cədvəlində 59 xalla altıncı yeri tutub. Ötən mövsüm Kasper Hyulmann komandanı çalışdırıb.
Alvaro Arbeloa 12 yanvar 2026-cı ildə “Real Madrid”in baş məşqçisi vəzifəsinə təyin olunub və Xabi Alonsonun klubdan ayrılmasından sonra onu əvəz edib. Mayın 22-də Arbeloa mövsümün sonunda “Real Madrid”in baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqladı.
