BƏƏ-nin “Dubay Yunayted” futbol komandasının baş məşqçisi Andrea Pirlonun İtaliya millisinə təyinatı baş tutmaya bilər.
İdman.Biz “La Gazzetta”ya istinadən xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin Rusiyanın mərc şirkəti ilə əməkdaşlığı səbəb olub. Pirlo 9 oktyabr 2025-ci ildən şirkətin qlobal səfiridir. İtaliya Futbol Federasiyası (FIGC) onun şirkətlə müqaviləsinin mahiyyətini araşdırmağa başlayıb.
FIGC prezidenti Covanni Malaqo mütəxəssisin şirkətlə əlaqələrinin ətraflı öyrənilməsini istəyib.
Məsələ yalnız mərc şirkəti olması ilə bağlı deyil. Qeyd olunur ki, şirkətin Rusiya ilə bağlılığı və Pirlonun təxminən iki ay əvvəl Marko Materazzi ilə birlikdə Moskvada şirkıtin tədbirində iştirakı da müzakirələrə səbəb olub.
Pirlonun hüquqşünasları isə şirkətlə əməkdaşlığın onun “Dubay Yunayted”dəki işi ilə birbaşa əlaqəli olduğunu bildirirlər. Mütəxəssisin klubla müqaviləsinə birtərəfli qaydada və cərimə ödəmədən xitam verə biləcəyi, bununla da əməkdaşlığın da sona çatacağı qeyd olunur.
