“Yuventus”un baş məşqçisi Luçano Spalletti klubla müqaviləsini 2028-ci ilə qədər uzadıb.
İdman.Biz bildirir ki, bu barədə “Yuventus”un mətbuat xidməti sosial mediada məlumat yayıb.
67 yaşlı Luçano Spalletti “Yuventus”un baş məşqçisi vəzifəsinə 30 oktyabr 2025-ci ildə təyin edilib. Onun klubla müqaviləsinin əvvəlcə 2025/26 mövsümünün sonuna qədər uzadılması planlaşdırılırdı. Daha əvvəl bildirilirdi ki, yeni müqaviləyə əsasən, italyan məşqçinin maaşı ildə 6 milyon avroya çata bilər.
“Yuventus” 2025/26 mövsümündə A Seriyasında 31 oyundan 57 xalla beşinci yerdədir. “İnter” isə eyni sayda oyundan 72 xalla birinci yerdədir.
