Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb

9 Aprel 2026 23:13
152
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

İdman.Biz bildirir ki, turniri altı konfederasiyanı və 50 FIFA üzvü assosiasiyanı təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 30 video köməkçi hakim idarə edəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.

İdman.Biz