Müdafiəçi Kassum Uattara “Monako”dan “Beşiktaş”a keçib

4 İyul 2026 01:10
74
Müdafiəçi Kassum Uattara “Monako”dan “Beşiktaş”a keçib

Türkiyənin “Beşiktaş” klubu rəsmi saytında “Monako”dan müdafiəçi Kassum Uattara ilə müqavilə imzaladığını açıqlayıb.

İdman.Biz bildirir ki, futbolçu yeni klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

“Özümü əla hiss edirəm, çox həyəcanlıyam və mümkün qədər tez oynamağa başlamaq istəyirəm. Komandaya qoşulmağı səbirsizliklə gözləyirəm. Bu, mənim üçün yeni bir sınaqdır və çox xoşbəxtəm.

“Beşiktaş” həm Türkiyədə, həm də dünyada çox böyük bir klubdur. Buna görə də “Beşiktaş”ın mənə olan marağını eşidəndə çox sevindim”, - “Beşiktaş”ın mətbuat xidməti Uattaranın sözlərini sitat gətirir.

İdman.Biz