“Fənərbağça” Niderland millisinin üzvünü transfer edib

4 İyul 2026 00:17
80
“Fənərbağça” Niderland millisinin üzvünü transfer edib

İstanbulun “Fənərbağça” klubu rəsmi saytında Niderland millisinin müdafiəçisi Natan Akenin transferini təsdiqləyib.

İdman.Biz xəbər verir ki, futbolçu 2026-cı il dünya çempionatından sonra komandaya qoşulacaq.

“Klubumuz Hollandiya millisinin üzvü Natan Ake ilə razılığa gəlib və onunla müqavilə imzalayıb. 2026-cı il dünya çempionatında mübarizə aparacaq oyunçu tətilini başa vurduqdan sonra Avstriyada təlim-məşq toplanışında komandaya qoşulacaq”, - “Fənərbağça”nın açıqlamasında bildirilib.

Müqavilənin müddəti və transfer haqqı açıqlanmayıb. 31 yaşlı Ake əvvəllər “Çelsi”, “Bornmut” və “Mançester Sit”də oynayıb. Ötən mövsüm o, bütün yarışlarda 34 oyunda iştirak edib. Niderland 1/8 finalda Mərakeş tərəfindən məğlub edilib.

İdman.Biz