Argentina millisinin qapıçısı Emiliano Martines ənənəyə uyğun olaraq saçlarının bir hissəsini Argentina bayrağının rənglərinə boyayıb.
İdman.Biz bildirir ki, o, bunu Kabo-Verde ilə dünya çempionatının 1/16 final matçından əvvəl edib.
33 yaşlı qapıçının ilk dəfə 2022-ci ildə saçlarını ölkəsinin bayrağının rənglərinə boyadığını görüblər. Daha sonra məlum olub ki, qapıçı bu ritualı vacib matçlardan əvvəl istifadə edir.
Əslində isə Martinesin saçında Argentina bayrağının görünməsi daha əvvəl milli komanda üzrə yoldaşlarına uduzduğu mərcin nəticəsi olub.
