“Yuventus” hazırkı baş məşqçi Luçano Spalletti ilə müqaviləni 2028-ci ilə qədər uzadacaq.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat verib.
Məlumata əsasən, italiyalı məşqçinin maaşı ildə 6 milyon avro olacaq.
Spalletti 30 oktyabr 2025-ci ildə “Yuventus”a keçib. Onun rəhbərliyi altında Turin komandası 31 oyun keçirib, 17 qələbə, altı məğlubiyyət və səkkiz heç-heçə qeydə alıb. 67 yaşlı mütəxəssisin hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.
“Yuventus” hazırda 57 xala malikdir və Seriya A turnir cədvəlində beşinci yerdədir.
