“Liverpul” Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda PSJ-yə məğlub olub.
İdman.Biz-in məlumatına görə, Parisdəki matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 11-ci dəqiqədə Dezire Due, 65-ci dəqiqədə isə Xviça Kvaratsxeliya vurub.
Bu məğlubiyyət ingilis klubunun bütün yarışlarda ardıcıl dördüncü səfər məğlubiyyətidir və bu, onların 2012-ci ilin aprelindən bəri ən pis göstəricisidir. Arne Slotun komandası daha əvvəl “Qalatasaray” (0:1), “Brayton” (1:2) və “Mançester Siti” (0:4) komandalarına məğlub olmuşdu.
“Liverpul” və PSJ arasında cavab matçı 14 apreldə “Enfild”də keçiriləcək. Qələbə qazanan komanda “Bavariya” – “Real Madrid” cütlüyünün qalibi ilə qarşılaşacaq.
