Türkiyə Superliqası: Lider “Qalatasaray” səfərdə qələbə qazanıb - VİDEO

8 Aprel 2026 23:07
192
Türkiyə Superliqası: Lider “Qalatasaray” səfərdə qələbə qazanıb

Türkiyə Superliqasında 27-ci turun bir oyunu keçirilib.

İdman.Biz bildirir ki, “Göztəpə” lider “Qalatasaray”ı qəbul edib.

Oyun 3:1 hesabı ilə “Qalatasaray”ın xeyrinə btiib.

Hesabı 5-ci dəqiqədə Barış Alper Yılmaz açıb. 19-cu dəqiqədə Allan Qodol öz qapısına qol vurub – 0:2. Juan 50-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. 75-ci dəqiqədə isə Mario Lemina yekun hesabı müəyyən edib – 1:3.

Bu qələbədən sonra “Qalatasaray” 67 xalla birinci yerdə möhkəmlənib. İkinci yerdəki “Fənərbağça”nın 64 xalı var. “Göztəpə” 46 xalla beşincidir.

İdman.Biz