Sarr 2030-cu ilədək “Tottenhem”də

Xəbərlər
2 Yanvar 2024 20:34
173
Sarr 2030-cu ilədək “Tottenhem”də

“Tottenhem” yarımmüdafiəçi Pape Matar Sarrla müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, tərəflər arasındakı yeni razılaşma 2030-cu ilədək nəzərdə tutulub.

Seneqallı futbolçu 2021-ci ildən London klubunda çıxış edir. Transfermarkt portalının dəyərləndirməsinə görə, Sarrın qiyməti 35 milyon avrodur. “Tottenhem” öz oyunu ilə fərqlənən Pape Matarın gələcəkdə komandaya pul qazandırmadan getməsinin qarşısını almaq üçün uzun müddətli müqavilə imzalayıb.

Qeyd edək ki, Seneqal yığmasının üzvü 2023/2024 mövsümündə 19 oyunda meydana çıxıb. Sarr bu görüşlərdə 2 qol və 2 ötürmə ilə yadda qalıb.

İdman.biz