Yoahim Löv Qana milli komandasına təyinatla bağlı yayılan xəbərləri təkzib edib

3 Aprel 2026 18:28
150
Yoahim Löv Qana milli komandasına təyinatla bağlı yayılan xəbərləri təkzib edib

Almaniya millisinin keçmiş baş məşqçisi Yoahim Löv 2026-cı il dünya çempionatında Qana millisini idarə etməyəcəyini açıqlayıb.

İdman.Biz bildirir ki, 31 martda Qana millisi baş məşqçi Otto Addonun vəzifəsindən azad edildiyini bəyan edib.

“Rəsmi olaraq, Qanadan heç kim mənimlə əlaqə saxlamayıb”, - “Sky Sport Germany” Lövdən sitat gətirir.

Qana millisi dünya çempionatının final mərhələsində beşinci dəfə çıxış etməyə hazırlaşır və Xorvatiya, İngiltərə və Panama ilə birlikdə L qrupunda yer alır. Komanda ilk oyununu iyunun 17-də Torontoda Panamaya qarşı keçirəcək.

Löv 2006-cı ildən 2021-ci ilə qədər Almaniya millisinin baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında komanda 2014-cü ildə Braziliyada keçirilən FIFA dünya çempionatını və 2017-ci ildə Rusiyada keçirilən FIFA Konfederasiyalar Kubokunu qazanıb. 2021-ci ildən bəri o, heç bir komandaya məşqçilik etməyib.

İdman.Biz