İngiltərənin “Börnli” futbol klubu Premyerliqanı 19-cu pillədə başa vurmasına baxmayaraq, İspaniyanın “Barselona” futbol klubundan daha çox gəlir əldə edəcək.
İdman.Biz xəbər verir ki, İngiltərə klubunun aşağı liqaya düşdükdən sonra alacağı kompensasiya ödənişinin təxminən 57 milyon avro (114 milyon AZN) olacağı bildirilir. “Barselona”nın La Liqa çempionluğuna görə əldə edəcəyi məbləğ isə təxminən 54 milyon avro (108 milyon AZN) civarında göstərilir.
Burada söhbət “Börnli”nin 19-cu yerə görə aldığı mükafatdan yox, Premyerliqanın aşağı diviziona düşən klublar üçün nəzərdə tutduğu kompensasiya sistemindən gedir. İngiltərədə bu ödənişlər klubun elitadan ayrıldıqdan sonra maliyyə zərbəsini yumşaltmaq məqsədi daşıyır.
