İspaniyanın “Real Madrid” futbol komandasının braziliyalı hücumçusu Vinisius Juniorun keçmiş sevgilisi Virciniya Fonseka sosial şəbəkələrdə böyük qalmaqalın mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, braziliyalı influenser və iş xanımı zoopark ziyarəti zamanı meymunu öpdüyü videonu paylaşıb.
Görüntülərdən sonra sosial şəbəkə istifadəçilərinin bir qismi bu addımı Vinisius Juniora qarşı eyham və irqçi məzmunlu davranış kimi dəyərləndirib.
Braziliya mediasında bildirilir ki, paylaşım cütlüyün ayrılığından bir neçə gün sonra yayılıb. Virciniya Fonseka 15 may 2026-cı ildə sosial şəbəkə hesabı vasitəsilə Vinisius Juniorla münasibətlərinin bitdiyini açıqlayıb.

Hadisənin rezonans doğurmasının əsas səbəbi Vinisius Juniorun karyerası boyunca dəfələrlə irqçi hücumlara məruz qalmasıdır. Məhz buna görə Braziliyada bir çox istifadəçi Fonsekanın videosunu təsadüfi paylaşım kimi yox, futbolçuya qarşı yönəlmiş təxribat xarakterli addım kimi şərh edib.
