“Qarabağ” klubunun istedadlı futbolçusu Əli Bəşirov Fransanın “Strasburq” klubunda baxışdadır.
Klubdan İdman.Biz-ə verilən açıqlamaya görə, Əli Bəşirov may ayının sonuna qədər Fransanın Liqa-1 klubunda baxışda olacaq.
15 yaşlı futbolçunun “Strasburq”da qalıb-qalmayacağı may ayının sonunda - baxış müddəti bitəndən sonra məlum olacaq.
Qeyd edək ki, Əli Bəşirov “Qarabağ”ın əsas komandasında debüt edib. O, həm də aşağı yaş qrupları üzrə milli komandalarda çıxış edir.
