İran millisinin, “İstiqlal” və “Traktor” futbol komandalarının sabiq qapıçısı Rəşid Məzaheri ölkədən qaçmağa çalışarkən sərhəddə saxlanılıb.
İdman.Biz İran mediasına istinadən xəbər verir ki, sabiq futbolçu xarici görünüşünü dəyişərək İranın qərb sərhədlərindən qanunsuz keçməyə cəhd edib. Onun sərhəd xidmətinin əməkdaşlarına rüşvət təklif etdiyi və ölkəni tərk etmək istəyərkən saxlanıldığı bildirilir.

Futbolçunun həyat yoldaşı onun təkadamlıq kamerada saxlanılmasını söyləsə də, hökumət mənbələri Məzaherinin ümumi həbsxana bölməsində olduğunu açıqlayıb.

Sabiq qapıçıya qarşı dövlət məmuruna rüşvət vermək, müharibə şəraitində ölkənin milli təhlükəsizliyinə zidd təbliğat fəaliyyəti aparmaq və sərhədi qanunsuz keçməyə cəhd etmək ittihamları üzrə araşdırma aparılır.
Məzaherinin saxlanılmasına əsas səbəb onun 6 mart tarixində hökumət əleyhinə paylaşdığı video göstərilir.
