“Elvin Cəfərquliyev “Qarabağ” futbol klubunun futbolçusudur”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
Mətbuatda Elvin Cəfərquliyevin adının başqa klublarla yanaşı çəkilməsinə aydınlıq gətirən “Qarabağ” rəsmisi bu xəbəri təkzib edərək gələcəkdə belə bir hal yaşanarsa klubun bununla bağlı rəsmi açıqlama ilə çıxış edəcəyini vurğulayıb.
Qeyd edək ki, Qurban Qurbanov Elvin Cəfərquliyevi və Abbas Hüseynovu intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıb. Bu hadisədən sonra mətbuatda “Qarabağ” və millimizin üzvü Elvin Cəfərquliyevin satışa çıxarıldığına dair xəbərlərlər dərc edilməyə başlayıb.
