Kaysedo PSJ-yə getmək istəmir

20 May 2026 17:42
140
Kaysedo PSJ-yə getmək istəmir

İngiltərənin “Çelsi” futbol komandasının yarımmüdafiəçisi Moyzes Kaysedo PSJ-nin transfer gündəminə düşüb.

İdman.Biz xəbər verir ki, Fransa təmsilçisi ekvadorlu futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq variantını nəzərdən keçirir. Buna baxmayaraq, Kaysedonun PSJ-yə keçmək istəmədiyi, karyerasını “Stemford Bric”də davam etdirmək niyyətində olduğu bildirilir.

Transfermarkt portalında Kaysedonun bazar dəyəri 110 milyon avro (220 milyon AZN) göstərilir. Futbolçunun “Çelsi” ilə müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub.

İdman.Biz