Keyn Ronaldodan öndə - SİYAHI

Xəbərlər
2 Yanvar 2024 09:05
113
Keyn Ronaldodan öndə - SİYAHI

2023-cü ildə milli çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçuların siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində dünyanın ən güclü 100 liqasında vurulan qollar nəzərə alınıb.

Dünyanın ən məhsuldar futbolçusu Harri Keyndir. İngiltərəli hücumçu ötən il yüksək liqalarda 38 qol vurub. O, "Tottenhem"lə Premyer Liqada 17, "Bavariya" ilə Bundesliqada 21 qola imza atıb.

PSJ-nin heyətində Liqa1-də 34 qol vuran Kilian Mbappe ikinci sırada qərarlaşıb. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda eyni sayda qola sevinən Kriştiano Ronaldo üçüncüdür.

İrlandiyalı futbolçu Qarban Kuqlan 2023-cü ildə daha çox qol vurub. O, 39 dəfə fərqlənsə də, "Top-100"ə daxil olmayan Yeni Zelandiyanın "Kaşmer Texnikal" klubunda bombardirlik nümayiş etdirib. Bu üzdən ilin bombardiri mükafatı ona deyil, Harri Keynə nəsib olub.

Yüksək liqalarda ən çox qol vuran 10 futbolçu
1. Harri Keyn ("Tottenhem", "Bavariya") – 38
2. Kilian Mbappe (PSJ) – 34
3. Kriştiano Ronaldo ("Əl-Nəsr") – 34
4. Santyaqo Ximenes ("Feyenord") - 31
5. Mauro İkardi ("Qalatasaray") – 30
6. Erlinq Haland ("Mançester Siti") – 29
7. Lautaro Martines ("İnter") – 29
8. Nemanya Bilbiya ("Zrinski") – 29
9. Marko Peres ("Aquilas Doradas") - 28
10. Vanqelis Pavlidis ("Alkmaar") – 27

Qeyd edək ki, eyni sayda qol vuran futbolçular çıxış etdiyi liqanın reytinqinə əsasən sıralanıb.

İdman.biz

Məqalədə: