“Barselona”nın yeni transferinin sürət sirri: Fufu

22 Sentyabr 2026 23:07
30
“Barselona”nın yeni transferinin sürət sirri: Fufu

“Barselona”nın yeni futbolçusu Karim Adeyeminin fenomenal sürətinin sirri bəlli olub.

İdman.Biz xəbər verir ki, 24 yaşlı futbolçu bu göstəricini təkcə genetikası ilə deyil, atasından öyrəndiyi qidalanma vərdişləri ilə də əlaqələndirir.

Adeyeminin atası nigeriyalıdır və futbolçunun ailəsində Nigeriya mətbəxinin ənənəvi yeməyi olan fufunun xüsusi yeri var. Qıcqırdılmış maniokdan (kök yumrusu bitkisi) hazırlanan bu yemək sıx və dartılan sıyıq formasındadır.

Adeyemi müsahibələrində zarafatla bildirib ki, məhz fufu ona yüksək sürət qazandırıb. Maniokun mürəkkəb karbohidratlarla zəngin olması isə uzunmüddətli enerji mənbəyi kimi qiymətləndirilir.

Futbolçu “Borussiya”da çıxış edərkən 36,7 km/saat sürət yığaraq Bundesliqanın ən sürətli oyunçularından biri olub.

Adeyemi “Barselona”da keçirdiyi 8 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Rasinq”lə 7:2 hesabı ilə qalib gəldikləri son çempionat matçında isə komandasına iki penalti qazandırıb.

İdman.Biz
Məqalədə: