“Real”ın futbolçuları Vinisius Juniorun ötən yay “Arsenal”a keçidini gözlənilən hesab ediblər.
İdman.biz İspaniya mediasına istinadən xəbər verir ki, Madrid klubunun soyunub-geyinmə otağında braziliyalının komanda yoldaşları ilə münasibətləri yaxşı olsa da, onun komandadan ayrılacağını düşünürdülər.
Mənbə Vinisiusun hazırda əvvəlki formasında olmadığını və “Arsenal”a keçidinin strateji addım kimi qiymətləndirildiyini bildirib. İngiltərə Premyer Liqasının braziliyalını əsas ulduzlarından biri kimi təqdim etməsi, onun Erlinq Holandla rəqabətinin isə çempionatın əsas qarşıdurmalarından birinə çevrilməsi gözlənilirdi.
Vinisius cari mövsümdə bütün turnirlərdə 8 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
