Messi Paulo Dibalanı Argentina millisindəki vida matçına dəvət etdi

24 Sentyabr 2026 00:13
65
Messi Paulo Dibalanı Argentina millisindəki vida matçına dəvət etdi

“Roma”nın futbolçusu Paulo Dibala Lionel Messi tərəfindən Argentina millisindəki vida matçına dəvət olunub.

İdman.Biz “Corriere dello Sport”a istinadən xəbər verir ki, Argentina millisinin baş məşqçisi Lionel Skaloni futbolçunu növbəti təlim-məşq toplanışının heyətinə daxil etməyib.

Messinin vida oyunu oktyabrın 6-da Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək. Argentina millisi həmin qarşılaşmada Beninlə üz-üzə gələcək. Matç 2022-ci il dünya çempionatının qalibləri üçün xüsusi xarakter daşıyacaq.

Dibalanın oyunda iştirakı ilə bağlı müəyyən çətinliklər var. “Roma”nın baş məşqçisi Can Pyero Qasperini iki qitələrarası uçuşun futbolçu üçün ağır yüklənmə yaradacağını nəzərə alaraq onu buraxmaq istəmir. Argentinadakı oyundan cəmi beş gün sonra, oktyabrın 11-də “Roma” A Seriyasının 2026/27 mövsümünün 6-cı turunda səfərdə “Komo” ilə qarşılaşacaq.

Qeyd edək ki, Dibala Argentina millisinin heyətində 2022-ci il dünya çempionu və Finalissima-2022 qalibi olub. Klub səviyyəsində isə “Yuventus”la beş dəfə İtaliya çempionu, dörd dəfə ölkə kubokunun və iki dəfə İtaliya Superkubokunun qalibi olub.

İdman.Biz