Kriştianu Ronaldunun “Əl-Nəsr”dəki komanda yoldaşı və Portuqaliya millisindəki tərəfdaşı Joau Feliks bu il “Qızıl top”un kimə verilməli olduğu barədə fikirlərini bölüşüb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Feliks dünya futbolunda əsas fərdi mükafatın azarkeşlərə estetik zövq verən və onları ekrana kilidləyən futbolçuya təqdim edilməli olduğunu bildirib.
“Lamin Yamal - elə futbolun özüdür. Mən həmişə inanmışam ki, “Qızıl top”a baxanda “Vau, o bir ulduzdur və futbol tarixində qalmağa layiqdir” deyə düşündüyün futbolçuya verilməlidir. Əgər oyununa baxarkən səni ekrana yapışdırıb saxlayan təkcə bir futbolçu varsa, o da Lamindir.
Mbappe və Harri Keyn əla mövsüm keçirdilər, lakin Lamin – futboldur. Üstəlik, o, dünya çempionatının da qalibi olub”, – deyə Feliks vurğulayıb. Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
