Londonun “Arsenal” klubunun sabiq futbolçuları Andrey Arşavin və Aleksandr Qleb UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah”la “Barselona” arasında keçirilən qarşılaşmanı izləyiblər.
İdman.Biz xəbər verir ki, Bakıya gələn tanınmış sabiq futbolçular Azərbaycan təmsilçisinin vurduğu qola emosional reaksiya veriblər.
Görüşün 63-cü dəqiqəsində Kristian Nvaçukvunun ötürməsindən sonra Coy-Lens Mikelsin “Barselona”nın qapısına yol tapması Arşavin və Qlebin xüsusi sevincinə səbəb olub.
Maraqlıdır ki, hər iki futbolçu vaxtilə Londonun “Arsenal” klubunun formasını geyinib. Qleb isə həm də “Barselona”nın heyətində çıxış edib və Kataloniya təmsilçisi ilə 2008/2009 mövsümündə Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
