Karim Adeyemi: “Sabah” əla oyun nümayiş etdirdi və mübarizəyə köklənmişdi”

26 Noyabr 2026 02:21
50
Karim Adeyemi: “Sabah” əla oyun nümayiş etdirdi və mübarizəyə köklənmişdi”

İspaniyanın “Barselona” futbol klubunun almaniyalı hücumçusu Karim Adeyemi UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah” üzərində qazanılan qələbə (4:1) ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, futbolçu böyükhesablı qələbəyə baxmayaraq, Bakıdakı qarşılaşmanın Kataloniya təmsilçisi üçün çətin keçdiyini bildirib.

“Bu qol mənim üçün çox şey ifadə edir. Komandamızın qələbə qazanmasına şadam. Əldə etdiyimiz üç xaldan məmnun qala bilərik. Səfərdə oynamaq həmişə çətindir. Rəqib əla oyun nümayiş etdirdi və həqiqətən də mübarizəyə köklənmişdi”, - deyə Adeyemi qeyd edib.

Almaniyalı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 55-ci dəqiqəsində fərqlənərək hesabı Kataloniya təmsilçisinin xeyrinə 3:0-a çatdırıb.

Qeyd edək ki, beş turdan sonra “Barselona”nın aktivində 12 xal var. Hans Flikin komandası Çempionlar Liqasında növbəti qarşılaşmada İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək.

İdman.Biz