A Seriyası: “Milan” və “Yuventus”dan qələbə, “Komo”dan ilk məğlubiyyət – YENİLƏNİB + VİDEO

21 Sentyabr 2026 00:47
1 162
A Seriyası: “Milan” və “Yuventus”dan qələbə, “Komo”dan ilk məğlubiyyət – YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının beşinci turunda “Milan” doğma meydanda “Leççe”ni 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “San-Siro” stadionunda keçirilən qarşılaşmanı Federiko La Penna idarə edib.

Hesab 14-cü dəqiqədə açılıb. “Milan”ın hücumçusu Kristian Pulişiç fərqlənərək komandasını önə keçirib.

61-ci dəqiqədə Adrien Rabyo meydan sahiblərinin üstünlüyünü artırıb. 73-cü dəqiqədə isə ehtiyatdan meydana daxil olan yeni transfer Diequ Moreyra üçüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, Moreyra əvvəlki turda “Latsio” ilə 2:2 hesablı oyunda da ehtiyatdan meydana çıxaraq dubla imza atıb. “Milan” beş turdan sonra 11 xalla turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. “Leççe” isə altı xalla 12-ci yerdədir.

22:01

İtaliya A Seriyasının beşinci turunda “Yuventus” doğma meydanda “Atalanta”nı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Alyans” stadionunda keçirilən qarşılaşmanı Luka Tsufferli idarə edib.

Hesab 28-ci dəqiqədə açılıb. “Yuventus”un yarımmüdafiəçisi Şiku Konseysau fərqlənərək komandasını önə çıxarıb.

77-ci dəqiqədə isə Bremer ikinci qolu vuraraq görüşün yekun hesabını müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, beş turdan sonra “Yuventus” 10 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Atalanta” isə altı xalla 11-ci yerdədir. Növbəti turda Luçano Spallettinin komandası 11 oktyabrda “Kalyari”, Mauritsio Sarrinin yetirmələri isə 12 oktyabrda “Venetsiya” ilə qarşılaşacaqlar.

19:13

İtaliya A Seriyasının beşinci turunda “Frozinone” “Komo”nu 2:0, “Parma” isə “Cenoa”nı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Frozinone” - “Komo” görüşündə hesab 14-cü dəqiqədə açılıb. Romano Şmidin ötürməsindən sonra Cakomo Kalo fərqlənib. İlk hissənin əlavə vaxtında Corci Kvernadze ikinci qolu vuraraq hesabı 2:0 edib.

İkinci hissədə “Komo” bir neçə təhlükəli vəziyyət yaratsa da, “Frozinone”nin qapıçısı Lorenzo Palmisani inamlı oyunu ilə seçilib. 86-cı dəqiqədə Antonio Raymondo da topu qapıdan keçirib, lakin qol qayda pozuntusuna görə qeydə alınmayıb. “Komo” bununla mövsümdə ilk məğlubiyyətini alıb.

Bu nəticədən sonra "Frozinone" xallarını (10) "Komo" ilə bərabərləşdirərək beşinci pillədə qərarlaşıb.

Paralel keçən “Parma” - “Cenoa” matçında meydan sahibləri 38-ci dəqiqədə David Romeronun qolu ilə hesabı açıblar. “Cenoa” 70-ci dəqiqədə Milutin Osmayiçin qolu ilə tarazlığı bərpa edib. Lakin 80-ci dəqiqədə meydana sonradan daxil olan Pontus Almkvist fərqlənərək “Parma”ya 2:1 hesablı qələbə qazandırıb. Bu, “Parma”nın cari mövsümdə A Seriyasında ilk qələbəsi olub.

"Parma" bu qələbə ilə dördüncü xalını qazanıb və hazırda turnir cədvəlində 15-cidir. "Cenoa"nin isə bir xalı var.

16:37

İtaliya A Seriyasının 2026/27 mövsümünün beşinci turunda “Fiorentina” öz meydanında “Napoli”ni qəbul edib.

İdman.Biz xəbər verir ki, “Artemio Franki” stadionunda keçirilən və Daniele Doverinin idarə etdiyi görüş 1:1 hesabı ilə başa çatıb.

Hesabı 23-cü dəqiqədə “Napoli”nin yarımmüdafiəçisi Billi Gilmor açıb. “Fiorentina” 51-ci dəqiqədə tarazlığı bərpa edib. Meydan sahiblərinin qolunu müdafiəçi Alexandro Ximenes vurub.

Qeyd edək ki, beş turdan sonra “Fiorentina” dörd xalla turnir cədvəlinin 16-cı pilləsindədir. “Napoli” isə yeddi xalla doqquzuncu yeri tutur. Növbəti turda Paolo Vanolinin komandası 10 oktyabrda “Cenoa”, Massimiliano Alleqrinin yetirmələri isə həmin gün “Frozinone” ilə qarşılaşacaqlar.

İdman.Biz