“Qalatasaray” Batrakovu itirməmək üçün maaşını ikiqat artırmağa hazırlaşır

6 Noyabr 2026 20:39
38
“Qalatasaray” Batrakovu itirməmək üçün maaşını ikiqat artırmağa hazırlaşır

“Qalatasaray” rusiyalı futbolçusu Aleksey Batrakovu komandada saxlamaq üçün onun maaşını ciddi şəkildə artırmağa hazırlaşır.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi futbolçuya Avropanın aparıcı klublarından marağın artmasından narahatdır.

Batrakov UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi ilk dörd oyunda dörd qol vuraraq diqqət mərkəzinə düşüb.

“Qalatasaray” rəhbərliyi yarımmüdafiəçi ilə yeni müqavilə imzalamağı planlaşdırır. Klub onun hazırkı illik 3,25 milyon avro (təxminən 6,19 milyon manat) maaşını altı milyon avroya (təxminən 11,42 milyon manat) çatdırmağa hazırdır.

Bununla yanaşı, İstanbul klubu futbolçunun müqaviləsində yer alan 55 milyon avroluq (təxminən 104,7 milyon manat) sərbəstqalma məbləğini nəzərdə tutan bəndi ləğv etmək istəyir.

İdman.Biz