Jorje Jezuş Ronaldunun millidən ayrılmasında özünü günahkar saymır

6 Noyabr 2026 19:19
45
Jorje Jezuş Ronaldunun millidən ayrılmasında özünü günahkar saymır

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştianu Ronaldunun yığma komandadan ayrılmasında özünü günahkar hesab etmədiyini açıqlayıb.

İdman.Biz “Record” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis futbolçunun qərarına hörmətlə yanaşdığını bildirib.

“Xeyr... Ola bilsin, hadisələri bir qədər sürətləndirmişəm, amma məsələ məndə deyil. O özü də başa düşürdü ki, milliyə neçə dəfə çağırılmasından asılı olmayaraq, gec-tez bu baş verməli idi. İstənilən halda, bu, mənim işlədiyim dövrdə baş verəcəkdi. Onun gedişi ilə bağlı heç bir günah hiss etmirəm. Qərarına hörmət edirəm. Üstəlik, onun qoyduğu irsi unutmaq olmaz. Onu heç vaxt unutmayacağam. O, əbədi olaraq simvol kimi qalacaq. Son il yarım ərzində aramızda möhkəm dostluq münasibətləri yaranıb. Sırf idman baxımından o, başqa seçim etdi və mən bu qərara tam hörmətlə yanaşıram”, - deyə Jezuş vurğulayıb.

Qeyd edək ki, 41 yaşlı Ronaldu Portuqaliya millisində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib. O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub və iki dəfə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

İdman.Biz