“Real Madrid” İngiltərənin “Aston Villa” klubunun qapıçısı Zion Suzukinin transferində maraqlıdır.
İdman.Biz TEAMtalk nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi yayda Unai Emerinin komandasına qoşulan yaponiyalı futbolçunun çıxışını diqqətlə izləyir.
“Real Madrid” Tibo Kurtua ilə yeni müqavilə imzalamağa hazırlaşsa da, klub rəhbərliyi qapıçı mövqeyinin uzunmüddətli perspektivini də nəzərdən keçirir. Suzuki artıq Madrid təmsilçisinin skautlarının diqqətini cəlb edib.
24 yaşlı qapıçı ilə PSJ, “Arsenal”, “Mançester Siti”, “Liverpul” və “Tottenhem” də maraqlanır.
“Aston Villa” isə futbolçusunu itirməkdən narahat deyil. İngiltərə klubu yayda transfer etdiyi Suzuki ilə beşillik müqavilə imzalayıb. Klub rəhbərliyi onu dünya futbolunun ən perspektivli gənc qapıçılarından biri hesab edir.
Məlumata görə, Avropa nəhənglərinin Suzuki uğrunda mübarizəsi qapıçı transferləri üzrə dünya rekordunun yenilənməsinə səbəb ola bilər.
Qeyd edək ki, hazırkı rekord 2018-ci ildə Kepa Arrisabalaqanın Bilbao “Atletik”indən “Çelsi”yə keçidi zamanı qeydə alınıb.
