“Qalatasaray”ın ulduz hücumçusu əməliyyat olunacaq

6 Noyabr 2026 20:57
31
“Qalatasaray”ın ulduz hücumçusu əməliyyat olunacaq

Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Viktor Osimhen dizindən əməliyyat olunacaq.

İdman.Biz İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı futbolçu UEFA Çempionlar Liqasında “Ştutqart”la keçirilən qarşılaşmada sol dizindən zədələnib.

MRT müayinəsi zamanı onun diz oynağında sərbəst fraqment aşkarlanıb. Klubun açıqlamasına əsasən, noyabrın 7-də Maslak Acıbadem Xəstəxanasında futbolçunun artroskopik diz əməliyyatı planlaşdırılıb.

Bu səbəbdən Osimhen Türkiyə çempionatında “Amedspor”la keçiriləcək oyunun heyətindən çıxarılıb.

Hücumçunun nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik açıqlanmayıb.

İdman.Biz