Qattuzo İtaliya çempionatının ən yaxşı məşqçisi seçildi

6 Noyabr 2026 21:27
42
Qattuzo İtaliya çempionatının ən yaxşı məşqçisi seçildi

İtaliyanın “Latsio” klubunun baş məşqçisi Cennaro Qattuzo A Seriyasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının uğurlu çıxışına görə bu mükafata layiq görülüb.

Roma təmsilçisi ötən ay keçirdiyi dörd çempionat oyununda qələbə qazanıb. “Latsio” “Montsa”nı 3:1, “Yuventus”u 3:0, “Parma”nı 2:1, “Sassuolo”nu isə 6:2 hesabı ilə məğlub edib.

Qattuzonun rəhbərlik etdiyi komanda hazırda 28 xalla turnir cədvəlinə başçılıq edir. “İnter” 25, “Roma” 24, “Komo” isə 23 xalla onu izləyir.

Mükafatın təqdimetmə mərasimi noyabrın 21-də “Latsio” və “Leççe” arasında keçiriləcək qarşılaşmadan əvvəl Roma Olimpiya Stadionunda təşkil olunacaq.

Qeyd edək ki, Qattuzo ötən yay “Latsio”nun baş məşqçisi təyin olunub.

İdman.Biz