“Arsenal”, “Brayton” və “Aston Villa” “Şturm”un 17 yaşlı yarımmüdafiəçisi Luka Vaynhandlı heyətinə qatmaq üçün mübarizə aparırlar.
İdman.biz “Caught Offside”yə istinadən xəbər verir ki, sözügedən klubların skautları Avstriya komandasının son matçlarında iştirak ediblər.
Mənbə bildirir ki, “Arsenal”, “Brayton” və “Aston Villa” üçün Vaynhandlın transferinə təxminən 17 milyon funt sterlinq (20 milyon avro) ödəmək kifayət edəcək.
Vaynhandl cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib. O, bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur.
