Pep Qvardiolanın gələcəyi ilə barədə nə vaxt qərar verəcəyi açıqlanıb.
İdman.Biz-in The Telegraph-a istinadən məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi qərarını yalnız bu mövsümdən sonra verəcək.
O, hələlik klubda daha bir il qalıb-qalmayacağını bilmir. İspan məşqçinin müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“Siti” məşqçinin yanaşması ilə razıdır və ona təzyiq göstərməyəcək. İki tərəf arasındakı münasibətlər qarşılıqlı etimada əsaslanır.
“Siti” Qvardiolanın gedəcəyi təqdirdə onun yerinə keçə biləcək namizədlərin qısa siyahısını tərtib edib. Buraya “Çelsi”nin keçmiş baş məşqçisi Enzo Mareska, “Real Madrid”in məşqçisi Xabi Alonso və “Bavariya”nın çalışdırıcısı Vensan Kompani daxildir. Prosesə klubun idman direktoru Uqo Viana rəhbərlik edir.
Qeyd olunur ki, “Siti”nin Qvardioladan növbəti mövsüm qalıb-qalmayacağını soruşması barədə xəbərlər yalandır.
“Mançester Siti” 30 oyundan sonra 61 xalla Premyer Liqa cədvəlində ikinci yerdədir və lider “Arsenal”dan bir oyun az keçirərək doqquz xal geri qalır. Qvardiola 2016-cı ildən bəri komandaya rəhbərlik edir.
