Qattuzonun yerinə üç namizədin adını açıqlanıb - Sky Sport

3 Aprel 2026 00:23
222
Qattuzonun yerinə üç namizədin adını açıqlanıb - Sky Sport

Cennaro Qattuzonun işdən çıxarılması halında, “Napoli”nin baş məşqçisi Antonio Konte və “Milan”ın məşqçisi Massimiliano Alleqri İtaliya milli komandasının məşqçiliyi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.

İdman.Biz-in Sky Sport Italia-ya istinadən məlumatına görə, tanınmış məşqçi Roberto Mançini də namizəddir.

Kontenin “Napoli” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və klub prezidenti Aurelio De Laurentiis onunla işləməyə davam etməkdə qərarlıdır. “Rossoneri” Çempionlar Liqasına vəsiqə qazanarsa, Alleqrinin “Milan”la müqaviləsi bir il uzadılacaq. Hər iki məşqçi milli komandaya yalnız uzunmüddətli layihə və aydın, ortaq planlarla rəhbərlik etməyə razı olacaq. Lakin klubları ilə müqavilələrini ləğv etmək asan olmayacaq.

Qətərin “Əl-Sədd” komandasını çalışdıran Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər idarə etdiyi milli komandaya qayıtmağa hazırdır və klubla müqaviləsini ləğv etmək problem yaratmayacaq.

İtaliya milli komandası 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovinaya (1:1, penaltilərdə 1:4) məğlub olub.

İdman.Biz